Yasamaldakı yanğının söndürülməsi ilə bağlı yeni detallar - "Azercell" dəstək oldu

24 Fevral 2021 21:57    595 Baxış   
Yasamaldakı yanğının söndürülməsi ilə bağlı yeni detallar -  "Azercell" dəstək oldu

Bu gün Bakıda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib.

Həmin yanğınla bağlı yeni detallar üzə çıxıb. Məlub olub ki, yanğının söndürülməsində “Azercell”in də köməyi olub.

Belə ki, yanğınsöndürmə bölmələri “Azercell Telekom”un həmin binanın yanında yerləşən baş ofisi ərazisində şirkət əməkdaşlarının köməyi ilə Azercellin yanğın təhlükəsizliyi üçün nəzərdə tutulan rezervuarlarından su ehtiyatı götürərək, yanğın şlanqlarının hadisə yerinə çəkilməsi üçün fiziki dəstək alıblar. Nəticədə yanğın qısa vaxt ərzində lokallaşdırılıb.

Bütün tədbirlər başa çatdıqdan sonra yanğınsöndürmə bölmələrin şəxsi heyəti şirkətə minnətdarlığını bildirib.Qeyd edək ki, yataqxana binasının damında ümumi sahəsi 250 m² olan yaşayış sahəsinin (artırma tikililər) yanar konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 m² sahədə yanıb.

Baku.ws


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar