Zaur Kamalın məsuliyyətsizliyi və İran hakimiyyətinin maraqları

30 İyun 2022 14:23    3461 Baxış   
Zaur Kamalın məsuliyyətsizliyi və İran hakimiyyətinin maraqları

Güney Azərbaycan bizim həssas nöqtəmizdir, güneylilər də bizim düşmən əsarətində olan qan qardaşlarımız, biz isə onların ümid və pənah yeriyik. Zaur Kamal adlı kobud, qeyri-etik, bisavad və biqanacaq aparıcının güneyli qonağımızı-qardaşımızı belə bir həssas məqamda efirdən qovması yalnız və yalnız düşmən dəyirmanına su tökməyin, İran rejiminin maraqlarının cavab verməyin nümunəsidir. Zaur istəsə də, istəməsə də etdiyi özbaşınalıq və kobudluq ancaq bu məqsədə xidmət edib.

Əgər, Güney Azərbaycanda bu mənfi tendensiya və etirazla qarşılansa, İran hakimiyyəti yönümlü fars mediası da bunu dayanmadan, həm də bəh-bəhlə manşetlərə çıxarıb tirajlasa və bundan sonra aramızda soyuq yellər əssə, onda necə olacaq? Kim cavab verəcək? Məgər, bir aparıcının məsuliyyətsizliyini cəmiyyət və dövlət çəkməlidir?

Məhz elə olmaması üçün də Zaur Kamal sərt şəkildə cəzalandırılmalı və mövqeyimiz ortaya qoyulmalıdır. Bununla da qardaşlarımıza ümid və pənah yeri olduğumuzu bir daha sübut etməliyik. Unutmayaq, İran-fars rejimi ölkəmizə hər formada zərbə vurmaq üçün pusquda dayanıb.

Mərahim Nəsib



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar