Zəngəzurda azərbaycanlılara qarşı döyüşmək istəyən ermənilər tutuldu

15 May 2021 16:15    644 Baxış   
Zəngəzurda azərbaycanlılara qarşı döyüşmək istəyən ermənilər tutuldu

Ermənistanda Zəngəzur vilayətindən Qarabağa gedən yolları bağlayraq aksiya keçiriən qrupun bəzi üzvləri saxlanılıb.

Dominant.az xəbər verir ki, saxlanılanlar arasında “Monax” ləqəbi ilə tanınan Artur Ayvazyan da var. Onun aksiyanın təşkilatçısı qismində saxlanıldığına dair məlumat yayılıb.

Polis saxlanılanların Gorusa aparıldığını təsdiqləyib.

Ermənistan polisinin mətbuat katibi Zarzand Qabrielyan bildirib ki, dünən aksiyadan sonra Görus polis idarəsinə 9 nəfər aparılıb. Onlara qaşrı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş açılıb.

Bildirilib ki, aksiyaçılar dünən Zəngəzurdan Qarabağa gedən yolun keçdiyi kənddə aksiya keçirərək yolu bağlayıblar. Onlar Zəngəzurun müdafiəsi üçün könüllü birləşməyə silah verilməsini tələb ediblər.

Bəzi məlumatlara görə, aksiyaçılarda silah olub. Ancaq Artur Ayvazyanın qohumu müxbirlərə bildirib ki, onlarda silah olması barədə xəbər həqiqət deyil: “Onlar Zəngəzuru qorumaq üçün silah istəyiblər. Vəkili Monaxla görüşmək istəyib, ancaq buna icazə verilməyib.

Xatırladaq ki, son bir neçə gündə Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar