Zığda ağaclıq ərazidə yanğın olub

21 Oktyabr 2021 21:35    66 Baxış   
Zığda ağaclıq ərazidə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə dominant.az FHN-ə istinadən xəbər verir.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, ağaclıq ərazidə 700 m² sahədə quru ot, qamışlıq və məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar