Azərbaycan nefti 83 dollara düşdü

07 Oktyabr 2021 11:10    458 Baxış   
Azərbaycan nefti 83 dollara düşdü

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,98 ABŞ dolları, yaxud 2,38 % azalıb.

Dominant.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 83,17 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar