Azərbaycan nefti kəskin bahalaşdı

10 İyul 2021 10:45    2256 Baxış   
Azərbaycan nefti kəskin bahalaşdı

Azərbaycan neftinin qiyməti üç faizə qədər artıb.

“Azeri Light” markalı neftin bir bareli 2,17 ABŞ dolları və ya 2,90 faiz bahalaşıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 76,77 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar