Azərbaycanda dərslər nə zaman və hansı formada başlayır? - Nazir açıqladı

27 Avqust 2020 17:20    721 Baxış   
Azərbaycanda dərslər nə zaman və hansı formada başlayır? -  Nazir açıqladı
"Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər tədris oktyabrın 1-də həftədə iki dəfə başlaması planlaşdırılır".

Dominant.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən bugünki brifinqdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, prosesin noyabr ayının 2-nə kimi davam etməsi nəzərdə tutulur.

E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq: "Dərslərin həftədə 2-3 dəfə olması təklif edilir. Əgər virusun yayılması stabil olarsa, həftədə 3 dəfə, çoxalarsa, həftədə 2 dəfə şagirdlərin dərsə gəlməsi planlaşdırılır. V-IX siniflərdə isə tədris distant formada tətbiq olunacaq".

Nazir onu da bildirib ki, X-XI siniflər üçün əyani dərs prosesinin oktyabrın 1-dən başlaması düşünülür: "Oktyabrın 1-dək X-XI siniflərdə tədris distant formada tətbiq olunacaq. Həmin müddətdən sonra 1 milyon 300 min şagirdin məktəbə qaytarılması mümkün ola bilər".



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar