“Məktəb” jurnalının xüsusi nömrəsi Sabirə həsr olunub

27 May 2022 16:43    1220 Baxış   
“Məktəb” jurnalının xüsusi nömrəsi Sabirə həsr olunub
109 il əvvəl çap olunmuş xüsusi buraxılış latın qrafikası ilə yenidən işıq üzü görüb

Böyük Azərbaycan şairi və mütəfəkkiri, milli oyanış, humanizm, müsbət ideallar və demokratik dəyərlərin fədakar carçısı Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi ərəfəsində “Mütərcim” nəşriyyatı “Məktəb” jurnalının qüdrətli söz ustasına həsr edilmiş xüsusi nömrəsini oxuculara təqdim edub.

1913-cü ildə şairin vəfatının 2-ci ildönümünə həsr olunmuş məqalə və şeirlərdən ibarət həmin xüsusi buraxılışın transliterasiyasını BSU-nun doktorantı Fərqanə Məlikova hazırlayaraq “Məktəb” jurnalı haqqında xüsusi məqalə ilə birlikdə çap edib.

Buraxılışın redaktoru BDU-nun Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğludur. Xüsusi buraxılışa giriş sözü yazan filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bu nəşri böyük satirik şairimizin irsinə dərin ehtiram və Sabirsevərlərə qiymətli hədiyyə kimi dəyərləndirib.








Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar