AzTU ilə Müdafiə Sənayesi Nazirliyi arasında memorandum imzalanıb - FOTO

13 Aprelel 2022 17:26    665 Baxış   
AzTU ilə Müdafiə Sənayesi Nazirliyi arasında memorandum imzalanıb -  FOTO
AzTU ilə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Dominant.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda olub. Əvvəlcə institutun həyətində ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları ilə görüşüb, həmçinin burada aparılan elmi-tədqiqat işləri ilə tanış olub. Rektor institutda işləyən və təcrübə keçən AzTU-nun tələbə və məzunları ilə də görüşüb.

Görüşlərdən sonra AzTU ilə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev imzalayıblar.

Memoranduma əsasən, tərəflər ETİ-də həyata keçirilən layihələrə tələbələrin və gənc alimlərin cəlb edilməsi, elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni mövzuların yazılması və digər istiqamətlərdə əməkdaşlıq edəcək.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar