İdrak liseyində mötəbər tədbir: "ƏZİZ ŞUŞA, SƏN AZADSAN!"

05 İyun 2022 15:10    1871 Baxış   
İdrak liseyində mötəbər tədbir:   "ƏZİZ ŞUŞA, SƏN AZADSAN!"

İdrak liseyində “Əziz Şuşa, sən azadsan!” məktəblərarası yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılııb.

Tədbirdə çıxış edən İdrak liseyinin təsisçisi pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu xatırladıb, məktəblərarası yaradıcılıq müsabiqəsinin bu mühüm sənədin icrasına əsasən keçirildiyini söyləyib.



Müsabiqənin əhəmiyyətindən söz açan M.Alışov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad olunmuş Şuşanın xalqımızın tarixində xüsusi yeri olduğunu bildirib. O, “İdrak” liseyi tərəfindən keçirilən müsabiqənin 6 nominasiya - esse, instrumental ifa, şeir, vokal, rəsm və dekorativ tətbiqi sənət üzrə təşkil edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkə rəhbərinin müdrik və uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə və Şuşanın azad edilməsi hamımızda böyük sevinc və qürur hissləri yaşatdı. Şuşanın xalqımız üçün yüksək mədəni-mənəvi dəyəri vardır.

Müsabiqə iştirakçılarını və qalibləri təbrik edən Mönsüm Alışov onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə Milli Məclisin deputatı Tahir Rzayev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək Qarabağın tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əziz yer olduğunu söyləyib, hər bir azərbaycanlının oraya getmək arzusunda olduğunu bildiriblər.

Qeyd edilib ki, Şuşa hər zaman Azərbaycanın tarixi, mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bu gün də beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Ölkə rəhbərinin diqqət və qayğısı ilə Şuşa gündən-günə sürətlə inkişaf edir və gözəlləşir. Şuşa bundan sonra da digər mötəbər tədbirlərə ev sahibliyi edəcək və dünyanın ən gözəl şəhərlərindən biri olacaq.

Çıxış edənlər məktəblilərin yaradıcı təxəyyülünə əsaslanaraq bacarıqlarını nümayiş etdirdikləri müsabiqənin əhəmiyyətindən söz açıb, iştirakçılara təhsildə və yaradıcılıqlarında uğurlar arzulayıblar.
Tədbirdə müsabiqəyə hazırlıq mərhələsini əks etdirən videoçarx nümayiş olunub.

Sonra yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. İştirakçılara diplom və sertifikatlar təqdim edilib. Şəhid Toğrul Bərxudarovun qızı Güllü Bərxudarlı, general-mayor Polad Həşimovun oğlu Teymur Həşimov, Xüsusi Təyinatlı Qüvvələrin giziri Sahib Musazadənin övladları Sahibə və Ülvi Musazadələr də müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Qeyd edək ki, esse nominasiyasi üzrə müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçirilib. Şagirdlər idrak liseyinə gələrək bu nominasiyada iştirak ediblər.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar