Türkiyədə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

02 Dekabr 2022 11:46    1868 Baxış   
Türkiyədə təhsil almaq istəyənlərin  NƏZƏRİNƏ

Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı gənclər üçün Türkcə Yetərlik İmtahanına (TYS) müraciətlər başlayıb. 23 noyabr – 21 dekabr 2022-ci il tarixləri arasında müraciətlərin qəbul ediləcəyi imtahan Bakı şəhərində 14 yanvar 2023-cü il tarixində keçiriləcək.

TYS ALTE (The Association of Language Testers in Europe) təsdiqini (Q-mark) alaraq türk dilinin ilk və yeganə beynəlxalq səviyyədə təsdiqlənmiş dil imtahanıdır.

Türk dilinin beynəlxalq səviyyədə tanınan standart testi olan TYS üç sessiyada keçirilir.TYS-nin 1-ci və 2-ci sessiyasinda (oxuma, dinləmə, yazma) və 3-cü sessiyasında isə (danışma) hər bir namizəd üçün ayrıca tətbiq edilir. Bütün imtahan 210 dəqiqə davam edir, 1-ci sessiya 135 dəqiqə, 2-ci sessiya 60 dəqiqə, 3-cü sessiya 15 dəqiqədir.

İmtahanda müvəffəqiyyət qazanan namizədlərə topladıqları ballara uyğun olaraq B2 və Cl səviyyəsində Türkcə Yetərlik Sertifikatı verilir. TYS sertifikatı olan namizədlər Türkiyənin istənilən universitetində təhsil almaq hüququ qazandıqda türkcə hazırlıq mərhələsindən azad edilirlər.

Türk Yetərlik Sertifikatı iş müraciətlərində insanlara böyük üstünlük verir.

TYS haqqında ətraflı məlumatı baku.yee.org.tr və tys.yee.org.tr ünvanlarında tapa bilərsiniz.

İmtahan Tarixi: 14 yanvar 2023

Müraciət tarixləri: 23 noyabr 2022-21 dekabr 2022

Ətraflı məlumat üçün: http://tys.yee.org.tr

Əlaqə nömrəsi: 012 440 31 05 ([email protected])



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar