Ceyranbatanda qaz olmayacaq

23 İyun 2026 10:54    376 Baxış   
Ceyranbatanda qaz olmayacaq

Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Dominant.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Qeyd olunub ki, qəsəbə ərazisində diametri 89 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə iyunun 23-də saat 11:30-da başlayacaq təmir-bərpa işləri ilə əlaqədar 1200 abonentin qaz təchizatında fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra abonentlərin qazla təminatı bərpa ediləcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar