ABŞ İran millisinə qarşı məhdudiyyəti yumşaldıb

02:00    17 Baxış   
ABŞ İran millisinə qarşı məhdudiyyəti yumşaldıb

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi İran millisinə futbol üzrə dünya çempionatının növbəti oyunundan iki gün əvvəl ölkəyə daxil olmağa icazə verib.

Dominant.az bu barədə "CBS News"a istinadən xəbər verir.

ABŞ əvvəlki iki qarşılaşmada iştirak etmək üçün İran komandasına ölkəyə yalnız oyundan 24 saat əvvəl gəlməyə icazə vermişdi.

Qeyd edək ki, İran iyunun 27-də Sietldə Misirlə qarşılaşacaq. Sietldəki matç başa çatdıqdan sonra iranlı futbolçular Meksikanın Tixuana şəhərindəki məşq bazasına geri qayıtmalı olacaqlar.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar