Səudiyyə Ərəbistanında helikopter qəzası nəticəsində 14 nəfər həlak olub

16:16    25 Baxış   
Səudiyyə Ərəbistanında helikopter qəzası nəticəsində 14 nəfər həlak olub
Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində "Saudi Aramco" şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.

Dominant.az xəbər verir ki, bu barədə "Saudi Press Agency" (SPA) agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Qəzanın səbəbi məlum deyil, istintaq aparılır.

Əş-Şərqiyyə əyalətində yerləşən Ras Tanurada "Saudi Aramco" tərəfindən idarə olunan Yaxın Şərqin ən böyük neft emalı zavodu yerləşir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar