Fransada təyyarə qəzasında 11 nəfər həlak olub
Fransanın şimal-şərqində Almaniyada qeydiyyatda olan "Pilatus" təyyarəsinin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub.
Dominant.az xəbər verir ki, bu barədə Myort və Mozel departamentinin administrasiyasına istinadən "Agence France-Presse" məlumat yayıb.
Həlak olanlar arasında beş təlimçi, beş həvəskar paraşütçü və pilot var.
Fransanın daxili işlər naziri Loran Nunyes hadisə yerinə gedib.