Dmitri Medvedev Ermənistanı hədələdi

16:00    21 Baxış   
Dmitri Medvedev Ermənistanı hədələdi

"Rusiya ilə mövcud əlaqələrin qırılması Ermənistanın sıravi vətəndaşları üçün qaçılmaz ağır nəticələrə səbəb olacaq".

Dominant.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, "Vahid Rusiya" ("Yedinaya Rossiya") Partiyasının sədri Dmitri Medvedev səsləndirib.

O bildirib ki, Qərb Ermənistana yalnız Rusiyaya qarşı mübarizə vasitəsi kimi yanaşır və siyasi müstəvinin Moskva ilə İrəvan arasında sağlam münasibətlərin tərəfdarı olan bütün qüvvələrdən təmizlənməsində maraqlıdır.

"Onilliklər ərzində formalaşmış əlaqələrin qırılmasının sıravi vətəndaşlar üçün doğuracağı qaçılmaz ağır nəticələr Avropa İttifaqı ölkələrini qətiyyən maraqlandırmır", - deyə Medvedev vurğulayıb


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar