Bakıda keçirilən UFC Fight Night turniri möhtəşəm döyüşlər və yaddaqalan anlarla başa çatıb.
Dominant.az xəbər verir ki, gecədə oktaqona çıxan dörd azərbaycanlı döyüşçüdən üçü qələbə qazanıb.
• Rafael Fiziyev gecənin əsas döyüşündə meksikalı Manuel Torresi ikinci raundda nokaut edərək möhtəşəm qələbə qazanıb.
•Tahir Abdullayev UFC-də debüt döyüşündə braziliyalı Jefferson Nascimentonu 3-cü raundda texniki nokautla məğlub edərək uğurlu debüt edib.
• Fərman Həsənov UFC-də ilk görüşündə amerikalı Erik Nolanı hakimlərin yekdil qərarı ilə məğlub edib.
• Nazim Sadıxov isə braziliyalı Mateus Kamiloya ilk raundda texniki nokautla uduzub.
Turnirin digər qarşılaşmalarında isə Şara Maqomedov Mişel Pereiranı hakimlərin yekdil qərarı ilə məğlub edib.
İkram Aliskerov Brunno Ferreiranı xal hesabı ilə üstələyib.
Asu Almabayev Çarlz Consonu üçüncü raundda nadir “Suloev Stretch” fəndi ilə təslim olmağa məcbur edib. Abus Maqomedov Mixal Oleynçeyçuku ilk raundda boğucu fəndlə məğlub edib.
Abdul-Rahman Yaxyayev Julius Uokeri cəmi 8 saniyəyə nokaut edərək gecənin ən sürətli qələbəsinə imza atıb.
Bundan başqa, Daniil Donçenko Teodor Berqreni texniki nokautla, Nursulton Ruziboyev Andrey Pulyayevi boğucu fəndlə, Kaan Ofli isə Rizvan Küniyevi təslim etməklə qalib gəlib.
Beləliklə, UFC-nin Bakıda təşkil etdiyi ikinci turnirdə Azərbaycan təmsilçiləri dörd görüşdən üçündə qələbə qazanaraq doğma azarkeşləri sevindiriblər.