Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Dominant.az-ın məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, “Changan Q07” markalı avtomobil idarəetmədən çıxaraq restoranın kabinetinə daxil olub.
Hadisə nəticəsində restoranın kabinetinə və əmlaka ciddi maddi ziyan dəyib. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.