Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək

16:08    16 Baxış   
Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur".

Dominant.az. AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası" adlı panel sessiyada səsləndirib.

O bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar