Ərdoğandan İğdır-Naxçıvan qaz kəməri ilə bağlı yeni qərar

06 Yanvar 2021 15:48    563 Baxış   
Ərdoğandan İğdır-Naxçıvan qaz kəməri ilə bağlı yeni qərar

Azərbaycan ilə Türkiyə arasında yeni bir qaz kəməri qurulur.

Dominant.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsasən Naxçıvanın təbii qaz ehtiyacı Iğdır-Naxçıvan təbii qaz kəməri ilə təmin ediləcək.

Layihənin reallaşması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan ilk qərar bu gün Türkiyənin rəsmi mətbuat orqanı “Resmi Gazete”də yayımlanıb.

Qərara əsasən, Iğdır vilayəti və ətrafındakı bir neçə bölgə dövlət mülkiyyətinə verilib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar