"Ermənistan Azərbaycana milyardlarla dollar təzminat ödəməlidir"

05 Oktyabr 2020 16:31    812 Baxış   
"Ermənistan Azərbaycana milyardlarla dollar təzminat ödəməlidir"
"Ermənistanın milyardlarla dollar təzminat ödəməli olduğu da açıqlanmalıdır!"

Dominant.az xəbər verir ki, bunu publisist Vahid Qazi bildirib.

"Ermənilər aranlı, dağlı Qarabağda yüzlərlə şəhər, qəsəbə və kəndimizi yer üzündən silib, bütöv bir regionda infrastrukturu məhv ediblər. Əvvəl-axır sülh masasına gələcəklər, bax onda bizim şərtlərin biri də təzminat olmalıdır", - deyə V.Qazi vurğulayıb.

Publisistin sözlərinə görə, həmin təzminatın, heç olmasa, təqribi məbləğini iqtisadçılarımız hesablasalar və redaktorlar çoxdilli saytlarında dərc etsələr, politoloqlar şərhlərində açıqlasalar ermənilər başa düşərlər ki, canlarını tək Qarabağı tərk etməklə qurtarmayacaqlar, onları uzun illər ağır təzminat ödəmələri də gözləyir:

"Yadıma gəlir, bir vaxt deputat Elxan Süleymanovla iqtisadçı alim Vurğun Süleymanovun nəşr etdikləri “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabında bu rəqəm 431 milyard dollar idi".


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar