İrəvan və Bakı Arazdəyən - Horadiz dəmir yolunun açılmasını müzakirə edir

08 Dekabr 2021 20:34    329 Baxış   
İrəvan və Bakı Arazdəyən - Horadiz dəmir yolunun açılmasını müzakirə edir

İrəvan və Bakı Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində Arazdəyən - Horadiz dəmir yolunun açılması imkanlarını müzakirə edir.

Dominant.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hökumət saatında Baş nazirin müavini Mher Qriqoryan deyib.

"Dəmir yolu ilə bağlı qarşılıqlı anlayış formalaşıb. Danışıqlarımız Arazdəyən-Horadiz xəttinə aiddir. Bu hissə ona görə vacibdir ki, Yeraşxdan İranla və Gürcüstanla əlaqə yaratmağa imkan verir. Beləliklə, bu dəmir yolu xətti regional əhəmiyyətə malikdir”, - deyə Qriqoryan qeyd edib.

Xatırladaq ki, dekabrın 1-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun sonuncu görüşü keçirilib.

(Qafqazinfo)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar