“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ+ÖZƏL

19:23    146 Baxış   
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ+ÖZƏL

“Müğənni Lalə Məmmədovaya hörmətim böyükdür. Amma Zaur obrazını “əzik”, “mama-papa uşağı” adlandırması heç düzgün deyil. Hərənin öz fikri var. Biri Zauru müsbət adlandırır, digəri mənfi. Bunlar təbiidir. Laləni heç kim qınaya bilməz. O elə görür. Lalə fikrini bildirir, bu fikirləri qəbul etdirmir ki.. Amma məsələ burasındadır ki, Zaur əsl kişidir. Bu obrazın özünü Anar elə yaradıb ki, Zaur heç cür “mama uşağı” ola bilməz”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə deyib.

O daha sonra əlavə edib:

“Zaurun özünün müstəqil danışığı, fikirləri var. O uzun müddət Təhminə ilə oturub-durur. Anasının sözünə heç qulaq asmır da. Deyir ki, “mən istəyirəm, vəssəlam!”. “Mama uşağı” olsaydı əvvəldən anasına tabe olardı. Təhminəyə görə uzun müddət mübahisəyə girir. İşləri orada korlayan Spartak obrazıdır... Burada xırdalıqlar var. Təhminə heç də sevgisiz qalmır. O necə “mama uşağı” ola bilər ki, qızın dalınca Moskvaya durub gedir?! Zauru oynayan aktyorda əsl kişi sifəti var. Fəxrəddin Manafovda “mama uşağı” sifəti yoxdur. O həmişə mərd oğlan rollarını oynayıb. Çünki onun özündə də bu kişilik, mərdlik var” deyə kinoşünas bildirib.

Qeyd edək ki, müğənni “Sevinclə danış” proqramında Zaur obrazını tənqid edib:

“Təhminənin həyatında məna Zaurun sevgisi olur. Televiziyada işə düzəlir. Amma onu ayaqda saxlayan sevgi olur. Zaur bizim “ata-ana uşağı” dediyimiz, həyatda daşı daş üstünə qoymayan, heç bir çətinlik görməyən, hər şeyin hazır qarşısına gəldiyi kişi cinsidir. Zaur Təhminənin sayəsində sevgi ilə tanış olur. Düşünür ki, cəmiyyətdə qəbul edilməyən qadının sevgisi budursa, görün qarşıda məni nə gözləyir. Ömrünün sonuna qədər Təhminənin sevgisi ona yara olur” deyə o bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar