Laçında iş axtaranların NƏZƏRİNƏ

10:53    24 Baxış   
Laçında iş axtaranların   NƏZƏRİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Laçın rayonunda növbəti əmək yarmarkası keçiriləcək.

Bu barədə Dominant.az-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Aktiv məşğulluq tədbiri iyunun 23-ü saat 10:00-da ANAMA-nın Laçın rayonunun Sus kəndində yerləşən mobil bazasının inzibati binasında təşkil olunacaq.

Tədbirdə işaxtaran şəxslərə minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim ediləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar