Nazir buraxılış imtahanlarının nəticələrindən danışdı

14 İyun 2021 15:28    523 Baxış   
Nazir buraxılış imtahanlarının nəticələrindən  danışdı

Təhsil naziri Emin Əmrullayev builki məzunların buraxılış imtahanlarında göstərdikləri nəticələrdən danışıb.

Dominant.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında imtahan prosesinin hələ davam etdiyini xatırladıb.


Nazir bildirib ki, imtahanlarda pandemiyanın yaratdığı çətinliklər nəzərə alınıb:

“Bizdə ilkin məlumatlar var, lakin proses davam etdiyindən nəticələr barədə yekunda nəsə fikir bildirmək daha düzgün olar. Ən vacib məsələ ondan ibarətdir ki, bu çətin dövrdən hamımiz birgə çıxmalıyıq. Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı, onların sosial-psixoloji durumu önəmlidir. Çünki bu müddət ərzində uşaqlar evdə qaldılar, bir-biriləri ilə ünsiyyətdə olmadılar. Məhz bu səbəbdən “Yay məktəbi” təşkil edilir. Layihənin əsas məqsədi şagirdlərə hansısa fənni daha yaxşı öyrətmək yox, onları bir-biri ilə ünsiyyətdə saxlamaqdır. İndiki halda qarşımızda duran hədəf pandemiya dövründəki çətinlikləri birlikdə bərpa etməyə çalışmaqdır. Bu, yəqin ki, hamımızdan böyük səylər tələb edəcək”.

(konkret.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar