"Rusiya mənim ailəmin bəzi üzvlərini öldürüb"Səfir

11 Oktyabr 2022 10:35    10878 Baxış   
"Rusiya mənim ailəmin bəzi üzvlərini öldürüb" Səfir

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsia Rusiyanın hücumundan əziyyət çəkən yaxın qohumlarından və müharibə nəticəsində həlak olan ailə üzvlərindən danışıb.

O, bunu Baş Assambleyanın fövqəladə xüsusi sessiyasında “Ukraynanın ərazi bütövlüyü: Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinin müdafiəsi” adlı qətnamə layihəsini təqdim edərkən bildirib.

“Ölkəm hücuma məruz qalıb, yaxın qohumlarım hücuma məruz qalan yaşayış binasında olublar (Rusiya Federasiyası tərəfindən - red). İşıq olmadığı üçün bomba sığınacağına gedə bilməyiblər. Rusiya artıq mənim ailə üzvlərindən birini öldürüb və bu qəddarlığın sonu yoxdur”, - Kislitsia bildirib.(unikal)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar