Sabahdan bu marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

09 İyun 2021 19:45    595 Baxış   
Sabahdan bu marşrut xəttinin hərəkət sxemi  müvəqqəti dəyişdiriləcək

İyunun 10-12-də Suraxanı rayonu, Cəlal Qurbanov və Zaur Şərifov küçələrində aparılan yenidənqurma işləri səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə dominant.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən 66 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilərək avtobusların hərəkəti birbaşa olaraq Nizami İsmayılov və Yusif Eyvazov küçələri ilə təşkil ediləcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar