Sadəlik və səmimiyyət böyüklükdür

17 Noyabr 2022 23:19    2842 Baxış   
Sadəlik və səmimiyyət böyüklükdür

Əbəs yerə deyilməyib ki, insana xas olan gözəl, nəcib sifətlərdən biri sadəlik və boyasız səmimiyyətdir. Sadə və səmimi adamları hamı sevir və onlara hörmət edir. Belə adamlar heç vaxt özlərini başqalarından üstün tutmur, uğur və müvəffəqiyyətləri, qazandıqları nailiyyətləri artdıqca onlar özlərini daha sadə aparır, bunları az bilir və daha çox hörmət, sevgi əldə etmək istəyirlər. Sadə və səmimi insanlar, xüsusi ilə də vəzifə sahibləri yaratdığı ünsiyyətlə təkcə özünə hörmət qazanmır, təmsil etdiyi dövlət qurumlarının ən alisini şöhrətləndirir, əsas da dövlətlə ictimayyət arasındakı münasibət körpüsünün özüllərini möhkəmləndirir. Bu isə, qısası, dövlətlə xalqın sarsılmaz birliyini təmin edir və onu əbədiləşdirir.

Bu fikirlərə təsadüfü köklənmədim. Həmişə sözün düzünü deyən, yalnız öz ürəyinin və vicdanının səsinə inanan jurnalist olaraq dedim. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sadəliyinə və şəhər ictimaiyyəti ilə olduqca səmimi münasibətinə dəfələrlə şahid olaraq söylədim. Biz mühafizəçilərinin sayı bilinməyən, adamlara yuxarıdan aşağı baxan, onları təhqir edib “sındıran” çox icra başçıları görmüşük. Qəbuluna düşmək üçün neçə-neçə qapılarda boyun bükən çox sayda vətəndaşla qarşılaşmışıq. Amma bu insan Cənab Prezidentin sərəncamı ilə şəhər rəhbəri təyin edildiyi ilk gündən adamlara münasibəti, onları dinləmək mədəniyyəti, etik müraciət forması və açıq görüşləri ilə Gəncədə olan ikrah doğurucu streotipləri birdəfəlik kökündən silib atdı. Şəhər İcra Hakimiyyətinin qapıları hamının üzünə açıq oldu. Bu inzibati binaya insanlar ümid və inam məbədi kimi baxdı. Şəhid ailələri, qazilər, aztəminatlı insanlar, hər hansı bir problemlə qarşılaşanlar heç tərəddüd etmədən, heç bir maneə görmədən birbaşa sözünü və problemini Niyazi müəllimə deyə bildi və yerindəcə müsbət cavabı da aldı.






Bu gün də belədir. Təbii ki, sadalamaq fikirində deyiləm. Sosial şəbəkələri, multmedianı izləyənlər açıqca görə bilər ki, bu gün respublikanın şəhər və rayonlarında bəlkə də ən çox vətəndaş qəbulu İcra başçısı tərəfindən Gəncədə keçirilir. Bunlarla yanaşı şəhid ailələri və qazilərimizlə onların yaşadıqları evlərdə görüşə gedir, qayğıları ilə maraqlanır və hər mənada onlara dəstək göstərir.



Sadə və səmimi rəhbər sözsüz həm də bütün sahələrdə uğur qazanır. Çünki insanlar onu sevir, ona inanır və cani-könüldən doğma şəhərinin adının öndə olmasına çalışırlar. Bu gün Gəncənin ən ucqar yaşayış massivlərində olan küçələrin gecələr gündüzlərindən seçilmir. Yeni salınan hər yaşayış sahəsi işıqlandırılıb. Kanalizasiya və su xəttləri tamamlanmaq üzrədir. Bu istiqamətdə iş başa çatan ərazilərə, ara küçələrə isə yeni asfalat örtükləri çəkilib.



Onu da deməliyəm ki, əgər insan cəmiyyət arasında öz hörmətini durmadan artırırsa bu onun ən böyük sərvətidir. Çünki insan öz yerini hərəkət və davranışları, dövlətinə sədaqəti ilə özü müəyyənləşdirir. Həm də belə sadə insanlar xoş niyyətli olurlar. Geniş mənada isə insanın sadəliyi ağıl və ürəyin eyni məqsədlərə qulluq etməsindən, mənəvi kamillikdən, həyatı və insanların sosial qayğılarını daha düzgün, dolğun başa düşməkdən irəli gəlir.



Sadəlik-daxili saflığın zahiri nəticəsidir, deyib filosoflarımız. Çünki insanın daxilində daşıdığı sadəlik onu cəmiyyətə və cəmiyyəti təmsil edən insalara çox yaxınlaşdırır. Belə adamlar, belə vəzifə sahibləri həm də hər zaman sözünə və əqidəsinə, dövlətə sədaqətdə bütöv olur.

Eyni Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov kimi.
Qalib Rəhimli






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar