Şahdəniz layihəsində “Lukoil”in payı artıb

07 Oktyabr 2021 19:58    699 Baxış   
Şahdəniz layihəsində “Lukoil”in payı artıb

Rusiyanın “Lukoil” neft şirkəti Xəzərdəki Şahdəniz qaz layihəsində “Petronas” şirkətinə məxsus 15,5 faizlik payı 2,25 milyard ABŞ dollarına satın alıb.

Dominant.az xəbər verir ki, Rusiya şirkəti bununla bağlı müvafiq müqavilə imzaladıqlarını açıqlayıb.

Bununla da “Lukoil”in layihədəki payı 10 faizdən 25,5 faizədək artacaq. Sövdələşmənin tamamlanması üçün SOCAR ilə razılaşdırılmış əlavə şərtləri yerinə yetirmək zəruridir.

“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib ki, "Şahdəniz" layihəsində onların payının artması ilə hər iki ölkənin iqtisadiyyatındakı perspektivli sahələrin inkişafı daha da sürətlənəcək: “Ötən 25 ilə yaxın müddət ərzində “Lukoil” bizim üçün strateji əhəmiyyət daşıyan Xəzər regionunda böyük iş təcrübəsi toplayıb, ciddi hasilat və nəqliyyat infrastrukturu qura bilib. Qabaqcıl beynəlxalq layihələrin icrasında bizə bu cür etimad göstərilməsinə sevinirik”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar