Salyanda kafe sahibi və müştəriləri cəzalandırılıb

13 Yanvar 2021 16:08    391 Baxış   
Salyanda kafe sahibi və müştəriləri cəzalandırılıb

Salyan şəhərində "Şahmar" adlı kafenin karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərdiyi aşkar edilib

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şahmar" kafesini aşkarlayıblar.

Dominant.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.

Ora baxış zamanı kafenin sahibi və daha 8 müştəri saxlanılaraq Polis Şöbəsinə gətirilib. Müştərilər və obyekt sahibi barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi bir daha çatdırılıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar