“Çingene Kızı"nın aktyorları Bakıya gəldi - "CineMastercard"da möhtəşəm qala gecəsi

17 May 2024 14:27    2639 Baxış   
“Çingene Kızı"nın aktyorları Bakıya gəldi -  "CineMastercard"da möhtəşəm qala gecəsi

"Gənclik" TM-də yerləşən "CineMastercard" premium kinoteatrında "Çingene Kızı Zeugma" Türk komediyasının Qala gecəsi baş tutub.

Dominant.az xəbər verir ki, tədbirdə filmin prodüseri İbrahim Akbaba, rejissoru Kamil Çetin və rolları canlandıran aktyorlar İnan Ulaş Torun, Aysel Nazim, Orhan Aydın, Didem Taslan, Hakan Bulut, Nicholas Facey və Bekir Aslantaş iştirak ediblər.

Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlarla şəkil çəkdiriblər.

Film haqqında qısa məlumat: Hamı həyəcanla Amerikadan Qaziantep Zeuqma muzeyinə gətirilən "Qaraçı qız" mozaikasını gözləyir. Muzey müdiri Esra və mühafizəçi Zekidən də həyəcanlı insanlar var: Barbaros və adamları... Mozaika birdən yoxa çıxanda, hamı bir-birindən şübhələnməyə başlayır. Bəs mozaikanı kim oğurlayıb?

Suala cavab tapmaq istəyirsinizsə, "CineMastercard"da "Çingene Kızı Zeugma"nı izləyin.

"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar