Türkiyənin “Cadı”sı Bakıya gəldi

13 May 2024 21:14    380 Baxış   
Türkiyənin “Cadı”sı Bakıya gəldi
“Dəniz Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında “Cadı” Türk trillerinin Qala gecəsi keçirilib.

Dominant.az xəbər verir ki, film məşhur türk yazıçısı Hüseyin Rahmi Gürpınarın eyniadlı əsəri əsasında çəkilib.

Tədbirdə filmin rejissoru Erman Bostan, operator Şafak Ildız və baş rolları canlandıran məşhur aktyorlar Furkan Andıç, Buse Meral və Çağdaş Onur Öztürk iştirak ediblər.

Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlarla şəkil çəkdiriblər.

Film haqqında qısa məlumat: Osmanlı İmperatorluğunun dağılması zamanı gənc dul qalmış Fikriyə Naşit Nefi Əfəndi ilə zorla evləndirilir. Naşit Nefi Əfəndinin malikanəsinə köçən Fikriyə tezliklə malikanədə yaşayan cadugarla bağlı şayiələri eşidir. Bu zaman Fikriyə həm Naşit Nefi Əfəndi, həm də malikanə ilə bağlı sirri aydınlaşdırmaq üçün hərəkətə keçir.

Qeyd edək ki, Furkan Andıç Azərbaycan tamaşaçısına “Kara Tahta”, “Her Yerde Sen”, “Meryem” seriallarından yaxşı tanışdır. Buse Meral “Bizim Hikaye”, “Destan”, “Baba” seriallarında, Çağdaş Onur Öztürk isə “Yuvamdaki Düşman”, “Avlu”, “Ömer” və digər layihələrdə rol alıb.

Tədbirin təşkilində Cinema Distribution, “Coffemania” restoranlar şəbəkəsi, foto və video çəkilişdə – “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar