"Tədricən ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti də artacaq"

05 Yanvar 2021 09:15    604 Baxış   
"Tədricən ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti də artacaq"

"Ölkə iqtisadiyyatında, təbii qiyməti formalaşdıran bazarda bir çox sektorlar və xidmətlər var ki, bunlar subsidiyaya düşmürlər. Məsələn, Aİ 92 və DİZEL yanacağının qiymət artması daşımaçılıq (logistika xidməti), ölkədə idxal və dağıtım fəaliyyəti ilə məşğul iri şirkətlərin (Azərsun, Veysəloğlu, Avrora, Koroğlu, ENGİN, Delta, Bolluq və digər) maya xərclərinə ciddi təsir edəcək".

Dominant.az xəbər verir ki, bunu “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq müdiri İlham Məmmədzadə Tarif Şurasının Aİ-92 markalı avtomobil benzini və dizelin pərakəndə satış qiymətində etdiyi artıma münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, bu şirkətlərin xidmətləri nəticəsində bazar qiymətinə birbaşa və bilavasitə təsir edən idxalçı və dağıtım şirkətləri ya gəlirini azaltmalıdır, ya da tədricən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətini artırmalıdır. Adətən ikincinin baş vermə ehtimalı daha realdır və bu da təbiidir.



"Pandemiya dönəmində məhz DİZEL yanacağının nə az, nə çox 33,3% qiymət artımı ölkədə qiymət siyasətində təsirsiz ötüşməyəcək. Bu aksiomadır" - deyə I.Məmmədzadə vurğulayıb.

Qeyd edək ki, Tarif Şurasının son dəyişikliyə əsasən, benzinin qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar