"Türk malını çox almalıyıq ki, ordan Azərbaycana ixrac artsın"

02 Oktyabr 2020 23:00    572 Baxış   
"Türk malını çox almalıyıq ki, ordan Azərbaycana ixrac artsın"
Dostlar, bizim haqq mübarizəmizdə 3 ölkənin (Türkiyə, Rusiya və İran) müxtəlif maraqları vardır. Mağazalarımızda həmin ölkələrdən idxal olunan çoxçeşidli ərzaq və qeyri-ərzaq məhulları satılır. Biz neyləməliyik, hansını almalı, hansından imtina etməliyik, yəqin ki, burda iqtisadçı məsləhətinə ehtiyacınız yoxdur, sadəcə iqtisadçı kimi onu deyə bilərəm ki, ixracın artımı milli valyutanın dəyərsizləşməsinin qarşısını almaq üçün vasitələrdən biridir.

Biz imkan verməli deyilik ki, Türkiyə lirəsi dəyər itirsin. Türk malını çox almalıyıq ki, ordan Azərbaycana ixrac artsın. Unutmayın ki, əsgərlərimizin də yerli istehsal və türk mallarından ibarət sovqata da ehtiyacı vardır. Bunu da unutmayın, əsgər sovqatı barədə daha geniş yazacam.

Seçim edərkən, malın harda istehsal olunmasına mütləq diqqət yetirin, yalnız yerli istehsal və dost ölkələrdən idxal olunmuş məhsulları alın. Bu postu çox paylaşın ki, mesajımız daha çox istehlakçıya çatsın.

Qubad İbadoğlu, iqtisadçı-alim


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar