Xocalı soyqırımı XX əsrin unudulmaz faciəsidir

25 Fevral 2023 23:01    1355 Baxış   
Xocalı soyqırımı XX əsrin unudulmaz faciəsidir
Xocalı soyqırımının ermənilər tərəfindən törədilməsindən artıq 31 il ötməsinə baxmayaraq hələ də dünya bu faciəyə lazımi diqqəti yönəltməyib.
Bu gün indiki Ermənistan törətdiyi qətliamları təkzib etsə də, bu vəhşiliyi edən "terrorçular" yazdıqları əsərlərdə, verdiyi müsahibələrdə insanları necə qətlə yetirdikləri barədə ətraflı qeyd ediblər.

Qarabağı işğal etmək ermənilərin arzuları idi. Məhz buna görə də, Qarabağın yerli sakinlərini, azərbaycanlıları qətlə yetirib, etnik təmizləmə vasitəsilə bu əraziyə sahiblənmək istəyirdilər. Özgə torpağını işğal etmək minlərlə insanın həyatından vacibdirsə, deməli Ermənistanın "humanistliyi" böyük şübhə altındadır.

Mən də, Xocalı soyqırımında yaxınlarımı, qohumlarımı, ailə üzvlərimdən 7 nəfəri şəhid vermiş, babalarımı, nənələrimi, 2 xalamı və bir polis əməkdaşı olan dayımı itirmişəm. Erməni vəhşiliyi nəticəsində hələ uşaq ikən doğma ocağımızdan zor gücü ilə çıxarılmışıq.

Azərbaycan xalqına edilmiş bu soyqırımı qətiyyətlə qınayıram və "Xocalıya Ədalət" deyərək bütün dünyanı buna susmamağa çağırıram...

Allah şəhidlərimizə rəhmət eləsin!

Tural Nurməmmədov, "Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar