Yeni jurnalist vəsiqələrinin üstünlükləri nədir?

03 İyul 2021 11:53    538 Baxış   
Yeni jurnalist vəsiqələrinin üstünlükləri nədir?

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə veriləcək jurnalist vəsiqəsinin üstünlüyündən danışıb.

Dominant.az xəbər verir ki, bu barədə "Report"a açıqlama verən Ə.İsmayılov bildirib ki, jurnalist ona veriləcək vəsiqə ilə bir çox üstünlüklərə sahib olacaq:

"Həmin vəsiqənin gələcəkdə jurnalistlərlə bağlı hər hansı dövlət layihələrinin həyata keçirilməsində və onların motivasiya olunmasında üstünlükləri olacaq. Həmin jurnalist vəsiqəsinin sahibi bu imtiyazlardan istifadə etmək hüququna malik olacaq".

Qeyd edək ki, Ə.İsmayılov jurnalistlər tərəfindən vəsiqənin alınmasının könüllü olacağı və həmin vəsiqənin alınması üçün tələblərin müəyyən olunacağını da bildirib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar