2030-cu ildə İranda Azərbaycan dövləti yaranacaq - Jirinovski

23 Avqust 2021 15:56    4834 Baxış   
2030-cu ildə İranda Azərbaycan dövləti yaranacaq -  Jirinovski

Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski yeni qalmaqallı açıqlama verib.

Dominant.az xəbər verir ki, Jirinovski 2030-cu ildə Yaxın Şərqin siyasi xəritəsinin kəskin dəyişəcəyini söyləyib. O, İranın parçalanacağını və ölkənin şimalında Azərbaycan dövlətinin yaranacağını proqnozlaşdırıb.

"İran dövləti dağılacaq. Onun yerində İran Azərbaycanı, Persiya, Türkmənistan və Bəlucistan dövlətləri yaranacaq".

Jirinovskinin fikrincə, 2030-cu ilə qədər Əfqanıstan və Pakistan birləşəcək, Puştunistan dövləti qurulacaq.

Siyasətçi Yaxın Şərqdəki dəyişikliklərin İsrailin təşəbbüsü ilə baş tutacağını da sözlərinə əlavə edib.

(Modern.az)






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar