Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert keçirilib

20:18    49 Baxış   
Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert keçirilib
Xankəndi Mədəniyyət Mərkəzində əsaslı təmirdən sonra ilk dəfə tədbir keçirilib.

Dominant.az xəbər verir ki, yunun 14-də Xankəndi Mədəniyyət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunan konsert proqramı təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan konsert proqramında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri həm yerli, həm də dünya bəstəkarlarının əsərlərini ifa edib.

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq, kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar