ABŞ kəşfiyyatı Vətən Müharibəsini araşdıracaq

24 Dekabr 2020 11:27    282 Baxış   
 ABŞ kəşfiyyatı Vətən Müharibəsini araşdıracaq

ABŞ Konqresində COVİD-19 koronavirus pandemiyası ilə bağlı olaraq ölkə iqtisadiyyatına təqribən 900 milyard dollar həcmində təcili yardımları nəzərdə tutan yeni iqtisadi dəstək paketi ilə bağlı razılaşma əldə olunub.

Senatdakı respublikaçılar çoxluğunun lideri Mitç MakKonnelin dediyinə görə, layihə artıq müzakirəyə hazırdır.

Yardımlar paketi işsizlik üzrə müavinətin məbləğinin 300 dollar artırılmasını, habelə bəzi kateroqiyadan olan vətəndaşlara 600 dollar məbləğində bilavasitə ödənişi nəzərdə tutulur. Habelə, biznesin, məktəblərin, tibbi xidmətlərin, icarə haqqını ödəyə bilmədikləri üçün ofislərindən və iş yerlərindən çıxarılma təhlükəsi ilə üzləşmiş icarədarların da dəstəklənməsi üçün vəsait ayrılacaq.

Qanun layihəsində Qarabağ müharibəsi və Cənubi Qafqazdakı regional proseslərlə bağlı müddəalar da var.

Sənədin "Azərbaycanla Ermənistan arasındakı gərginliyin dəyərləndirilməsi" adlı 615-ci maddəsində deyilir ki, qanunun qüvvəyə mindiyi gündən sonrak 90 gündən gec olmayaraq ABŞ-ın Milli Təhlükəsizlik Xidmətinin direktoru Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinə Azərbaycanla Ermənistan arasındakı gərginliklə, o cümlədən "Dağlıq Qarabağın statusu" ilə bağlı yazılı dəyərləndirməni təqdim etməlidir.



Qanun layihəsinə görə, həmin dəyərləndirmədə bu məqamlar əks olunmalıdır:

1. ABŞ-ın və onun tərəfdaşlarının regionda strateji maraqlarının aşkarlanması

2. 2020-ci ildə Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində güc tətbiqi ilə bağlı bütün önəmli halların, o cümlədən hər belə halın və güc tətbiqinin təşəbbüskarının hansı tərəf olmasının qiymətləndirilməsinin təsvir edilməsi

3. ABŞ-ın Azərbaycanla Ermənistana təqdim etdiyi hərbi yardımın regiondakı qüvvələr nisbəti və bundan sonra güc tətbiqi ehtimalı baxımından dəyərləndirilməsi

4. Yaxın və orta perspektivdə regionda mümkün destabilizasiyanın, yaxud güc tətbiqi ehtimalının qiymətləndirilməsi.

Qanun dayihəsi onu da tələb edir ki, sənəd məxfi məlumatların bəyan edilməməsi şərtilə təqdim olunsun. Amma bu zaman sənəd məxfi informasiyalı əlavəyə malik ola bilər.

Senatdakı demokratik azlığın lideri Çak Şumerin dediyinə görə, qanun layihəsinin Konqresin hər iki palatasında təqdir edilməsi ehtimalı böyükdür.

Elçin Alıoğlu
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar