Aktyorun kitabı nəşr olunub

26 Fevral 2021 15:00    8008 Baxış   
Aktyorun kitabı nəşr olunub

Ulu Şeyx Nizami yurdu olan Gəncədə gənc şair Həsən Hüseynovun “Sevgi səninlə gözəldir” adlı yeni ilk kitabı işıq üzü görüb.

Qeyd edək ki, Həsən Sakit oğlu Hüseynov 1997-ci il noyabr ayının 7-də Gəncə şəhərində anadan olub. O, Ə. Cavad adına 2 saylı tam orta məktəbini bitirib. Həmçinin gənc şair Gəncə Dövlət Dram Teatrının yardımçı aktyor heyətində çalışır.

“Sevgi səninlə gözəldir” şerlər toplusu gənc şairin ilk kitabı olmaqla “Star çap evi”ndə nəfis şəkildə nəşr olunub.

Kitabın redaktoru Nəzakət Şəmilqızı, dizaynı isə Elnurə Məmmədovaya məxsusdur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar