Fransa xəbər portalı Xurşidbanu Natəvan haqqında məqalə yayımlayıb

15 Fevral 2022 17:47    25379 Baxış   
Fransa xəbər portalı Xurşidbanu Natəvan haqqında məqalə yayımlayıb

Fransanın populyar “Musulmans en France” xəbər portalı ADTM-in “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanda elan olunmuş “Şuşa ili” ilə əlaqədar “Aleksandr Düma və Azərbaycan şairi Natəvanın görüşü” adlı məqalənin yayımına başlayıb.

Dominant.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.

Məqalənin müəllifi tanınmış jurnalist, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi isə mərkəzin fransız dili üzrə mütəxəssisi Fərhad Tağızadədir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Musulmans en France” portalı müntəzəm olaraq səhifələrində dünya müsəlmanlarının görkəmli şəxsiyyətləri haqqında materiallar işıqlandırır.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar