“İrfani Abşeron” kitabı oxuculara təqdim edilib

12 Dekabr 2022 10:01    15067 Baxış   
“İrfani Abşeron” kitabı oxuculara təqdim edilib

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mələk Vəlizadənin "Сакральный Апшерон" “İrfani Abşeron” adlı kitabı oxuculara təqdim edilib.

Dominant.az xəbər verir ki, təqdimat mərasimi Milli Azərbaycan Tarixi Muzeyində keçirilib.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı, Respublikanın müxtəlif muzey, ali məktəb və digər elmi müəssisələrinin əməkdaşları, incəsənət və KİV nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mələk Vəlizadə qonaqlara tədbirin əhəmiyyəti və kitabın ərsəyə gəlməsi haqqında danışıb. Müəllif qeyd edib ki, bu kitabda informasiya sahələrinin, mistik təlimlərin və arxeoloji tədqiqatların kosmik qarşılıqlı əlaqəsi əsasında elmin ən son nailiyyətləri baxımından tarixi hadisələrin mahiyyətini anlamağa cəhd edilir.

“İrfani Abşeron” kitabı bir daha sübut edir ki, yalnız öz ölkəsinin tarixini bilən, şanlı əcdadlarını unutmayan insan öz dövründə bütövlüyünü, mənliyini, ləyaqətini qoruyub saxlaya bilər. Bütün bunlar haqqında, hələ də izahı tapılmamış və Abşerona səpələnmiş qədim sivilizasiyaların qalıqları, Mil-Muğan çöllərində yaşayan insanların öz adı olan Maq sözünün mənası haqqında “İrfani Abşeron” kitabından oxuya bilərsiniz. Həmçinin, bu kitabda Şərqlə Qərbin, Şimalla Cənubun bir-biri ilə harmoniya və ünsiyyətdə inkişaf etməsi haqqında maraqlı məlumatlar da qeyd olunub.

Müəllif Mələk Vəlizadə tədbirin keçirilməsinə şərait yaradıldığı üçün Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirib.

Tədbirdə kitab qonaqlar tərəfindən maraqla qarşılanıb və sonda müəllifdən imzalı kitab əldə ediblər.







Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar