Bəxtiyar Vahabzadənin anım günüdür

13 Fevral 2022 04:58    16625 Baxış   
Bəxtiyar Vahabzadənin anım günüdür

13 fevral Azərbaycan və ümumtürk xalqlarının tanınmış şairi, dramaturq və ədəbiyyatşünas
Bəxtiyar Vahabzadənin anım günüdür.
dominant.az xəbər verir ki,1925-ci ildə Şəkidə anadan olan , bədii yaradıcılığa 18 yaşından başlayan şair onlarla kitabın müəllifidir.Onun bir çox şeirinə bir çox mahnılar da bəstələnib.

Bəxtiyar Vahabzadənin "Vicdan", "İkinci səs", "Yağışdan sonra" pyeslərində ailə, məişət və əxlaq məsələlərindən bəhs olunur.Bayron, Puşkin, Lermontov, Nekrasov və dünyanın digər klassik şairlərinin əsərlərindən nümunələri Azərbaycan dilinə tərcümə edib.

B.Vahabzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi. O,dövrün bir çox ordenləri("İstiqlal", "Şöhrət" və "Qırmızı əmək bayrağı") ilə təltif edilmişdi.
Böyük şairin ictimai fəaliyyəti də dəyərli və əvəzsiz olub. Hələ ötən əsrin 60-cı illərində belə düşüncələrilə həmkarlarından kəskin şəkildə seçilib. 1959 -cu ildə yazdığı "Gülüstan" tarixi poeması ilə Azərbaycan xalqının və torpaqlarının ikiyə bölünməsi faciəsini qələmə almış,bu səbəbdən bir müddət vəzifəsindən uzaqlaş- dırılmış, Sovet rejiminin təzyiqlərinə məruz qalmışdı.
80-90-cı illərdə Azərbaycan tarixinin tale yüklü anlarında da əsl vətəndaş mövqeyi nümayiş etdirən Bəxtiyar Vahabzadə xalqın yaşadığı Dağlıq Qarabağ münaqişəsi və Qanlı Yanvar faciəsi ilə bağlı çıxışları və atdığı addımları ilə seçilib.Şair 2009-cu ilin 13 fevral günü 84 yaşında dünyasını dəyişib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar