Al qoynuna, orman sən ol, Qurd da mən...

13 Avqust 2020 13:55    384 Baxış   
Al qoynuna, orman sən ol, Qurd da mən...
Dominant.az Mirzə Sakitin "Sənin üçün" şeirini təqdim edir:

Gəl ömrümü qarışdıraq ömrünə,
Bölüşdürək - Böyük sən ol, xırda mən
Saf ömründən calaq vuraq ömrümə,
Məhsul vaxtı peyvənd sən ol, cır da mən.

Dərdin vars,a dərdlərini ver dərim,
Az ömrümdən çox ömrünə əndərim
Ölüb gedim, ordan soraq göndərim,
Deyim, canım, orda sən ol, burda mən.

Daxma tikək, özgə gözlər baxmasın,
İmarət bil Mirzənin də daxmasın
Boz Qurdumuz ormanından çıxmasın,
Al qoynuna, orman sən ol, Qurd da mən...




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar