ASAN könüllülərinin əsgərlərimizlə növbəti görüşü keçirilib

15 Dekabr 2021 10:50    360 Baxış   
ASAN könüllülərinin əsgərlərimizlə növbəti görüşü keçirilib


“ASAN Könüllüləri" Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlarımız tərəfindən ünvanlanmış məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanmış kitablar Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə qəhrəman əsgərlərimizə təqdim olunub.

Görüş zamanı "ASAN Könüllüləri" Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun üzvləri tərəfindən əsgərlərimiz üçün vətənpərvər musiqilərdən ibarət konsert proqramı da təşkil olunub.

Məktubların çatdırılmasında məqsəd Azərbaycan əsgərinə mənəvi dəstək olmaq, onlarda olan ruh yüksəkliyini artırmaq, göstərdikləri şücaətə görə onlara təşəkkür etmək, xalqımızın dəstəyini və birliyini nümayiş etdirməkdir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar