​"Atalar Məktəbləri" proqramı fəaliyyətini uğurla davam etdirir

26 Aprelel 2021 16:10    6903 Baxış   
​"Atalar Məktəbləri" proqramı fəaliyyətini uğurla  davam etdirir

Avropa İttifaqı, UNFPA və "UN Women"-nin dəstəyi ilə yaradılan “Atalar Məktəbləri” məsuliyyətli atalıq təcrübələrinin tətbiqini təşviq edir.

Dominant.az xəbər verir ki, Bakı, Azərbaycan - Ataların uşağa qayğı göstərilməsində iştirakını artırmaq üçün Avropa İttifaqı, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) dəstəyi ilə Azərbaycanda həyata keçirilən "Atalar Məktəbləri" proqramı fəaliyyətini uğurla davam etdirir.
"Atalar Məktəbləri"ndə keçirilən təlimlərdə atalar uşaqlarının həyatında ilk dövrlərdən necə iştirak etməyi, ev işlərini ədalətlə bölüşdürməyi və şəxsi atalıq təcrübələrini paylaşmağı öyrənirlər.

2021-ci ilin fevral-mart aylarında "Atalar Məktəbləri" layihəsi çərçivəsində Azərbaycanın üç pilot bölgəsində - Bakı, Gəncə və Qazaxda vətəndaş cəmiyyəti təmsilçiləri, sosial işçilər, müəllimlər və fəal atalar üçün təlimlər həyata keçirilib. Növbəti mərhələdə üç bölgədən ümumilikdə 200 gənc ata mart ayında baş tutmuş üç günlük təlimlərə qatılıb. Təlimlər nəticəsində ən fəal iştirakçılar “müsbət atalıq” təcrübələrini bölüşmək yolu ilə birlikdə öyrənməyin vacibliyi, o cümlədən üzləşdikləri çətinliklərin öhdəsindən necə gəlməklə bağlı məlumatların veriləcəyi “həmyaşıddan həmyaşıda” formatlı sessiyalara qoşulmağa dəvət edilib.

Yerli reallıqlara uyğunlaşdırılmaqla hazırlanmış "Atalar Məktəbləri"nə dair Təlimata əsaslanan təlimlər zamanı iştirakçılara İsveç, Türkiyə, Cənubi Koreya və digər ölkələrin analoji uğurlu proqram və təcrübələrindən bəhs edilib.

Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilir. Proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərə meydan oxuyaraq və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur.

Əlaqə:
Layihə assistenti Elxan Heydərli- [email protected]
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar