Avropa çempionluğu Rusiyadan alınaraq, Azərbaycana verilib

06 Aprelel 2022 13:57    24278 Baxış   
Avropa çempionluğu Rusiyadan alınaraq, Azərbaycana verilib

Dünya Güləş Birliyi (UWW) 2017-ci il Avropa çempionluğunu sərbəst güləş üzrə Rusiya millisindən alaraq, Azərbaycana verib.

Buna həmin vaxt Rusiya yığmasının heyətində mübarizə aparmış Anzor Boltukayevin dopinq testinin müsbət çıxması səbəb olub.

97 kq çəki dərəcəsində çıxış edən idmançı Serbiyanın Novi Sad şəhərində təşkil olunmuş qitə birinciyilinin finalında türkiyəli Rıza Yıldırıma uduzaraq, ölkəsinə 9 xal qazandırıb. Lakin antidopinq qaydalarını pozduğu üçün güləşçinin nəticələri ləğv edilib.

Bununla da komanda hesabında Rusiyanın aktivindən 9 xal silinib və 58 xala malik Azərbaycan komandası avtomatik olaraq ikinci pillədən birinci sıraya yüksələrək, Avropa çempion olub. Xalı 53-ə enən Rusiya 3-cü yerə geriləyib. İkinci yeri isə eyni xala malik Türkiyə tutub.

2017-ci il Avropa çempionatında Azərbaycanı 97 kq çəkidə Aslanbek Alborov təmsil edib. Onun 1/4 finalda uduzduğu Gürcüstan güləşçisi Elizbar Odikadze finala yüksələ bilmədiyindən, Alborov mübarizəni dayandırıb və yekunda 6-cl yerin sahibi kimi 5 xal əldə edib.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş yığması 2017-ci Avropa çempionatında 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Milli komanda ilk qitə çempionluğunu 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə, üçüncüsünü isə 2022-ci ildə Macarıstanın paytaxtı Budapeştdə əldə edib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar