“Qarabağ”-“Marsel” oyununu izləmək istəyənlərin NƏZƏRİNƏ

12 Fevral 2022 21:49    15003 Baxış   
“Qarabağ”-“Marsel” oyununu izləmək istəyənlərin  NƏZƏRİNƏ

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və Fransa “Marsel”i arasında keçiriləcək cavab oyununun biletləri fevralın 13-də saatışa çıxarılacaq.

dominant.az"ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, saat 11:00-dan kassalarda olacaq biletlərin qiyməti müvafiq olaraq 5 manat, 15 manat, 40 manat, 75 manat və 100 manat təşkil edir.

Biletləri Respublika stadionun kassalarından saat 11:00-dan 21:00-dək, "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopundan saat 11:00-dan 20:00-dək, "28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərindən saat 10:00-dan 22:00-dək almaq olar.

Eyni zamanda Iticket.az-ın satış məntəqələrində və iticket.az-da onlayn satış təşkil olunacaq.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Qeyd edək ki, görüş saat 21:45-də başlanacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar