İtaliyalı hücumçu Maradonanı geridə qoyub

13 Fevral 2022 11:57    16114 Baxış   
İtaliyalı hücumçu Maradonanı geridə qoyub

İtaliya millisinin və "Napoli"nin futbolçusu Lorentso İnsinye Neapol təmsilçisindəki qol sayına görə argentinalı əfsanəvi hücumçu Dieqo Maradonanı geridə qoyub.

Dominant.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı forvard buna evdə "İnter"lə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XXV tur matçında fərqlənməklə nail olub.

Görüşün 7-ci dəqiqəsində penaltidən hesabı açan təcrübəli oyunçu "Napoli"də ümumilikdə 116-cı qolunu vurub. Maradona isə bu komandanın heyətində rəqib qapılarından 115 top keçirib.

Qeyd edək ki, 1984 - 1991-ci illərdə "Napol"nin formasını geyinmiş Dieqo Maradona 2020-ci ildə 60 yaşında ikən vəfat edib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar