Azərbaycan klublarının avrokuboklardakı rəqibləri müəyyənləşdi

15 İyun 2022 15:46    26329 Baxış   
Azərbaycan klublarının avrokuboklardakı rəqibləri müəyyənləşdi

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək üç klubumuzun rəqibləri müəyyənləşib.

Dominant.az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Zirə” ilk duelini “Makkabi”yə (Təl-Əviv, İsrail) qarşı keçirəcək.

“Neftçi” ilk görüşünü “Aris”lə (Kipr) oynayacaq.

“Qəbələ” isə “Fehervar”la (Macarıstan) oynamalı olacaq.

“Zirə” ilk oyununu Bakıda, “Neftçi” və “Qəbələ” isə müvafiq olaraq Kipr və Macarıstanda keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 və 28 iyulda olacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar